Ukraynada hazırkı şəraitdə yeganə legitim hakimiyyət Ali Rada və onun spikeridir ki, bu vəzifəni də indi Ruslan Stefançuk tutur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Ukrayna Konstitusiyası Ali Radanın səlahiyyətlərinin uzadılmasını nəzərdə tutur. Amma hərbi vəziyyətə görə prezidentin səlahiyyətlərinin uzadılması barədə orada heç nə deyilmir”, – Putin bildirib.
Putin Ukrayna Konstitusiyasının 111-ci maddəsini xatırladıb:
“Həmin maddədə deyilir: “Bu halda ali hakimiyyətin səlahiyyətləri, faktiki olaraq prezidentin səlahiyyətləri parlamentin spikerinə verilir, xüsusən də hərbi vəziyyət haqqında qanunun şərtlərinə görə parlamentin səlahiyyətləri genişləndirilir”.