Uzun illərdir Ukraynada yaşayan azərbaycanlı rəssam, diaspor fəalı Əsgər Cavadov vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə mərhumun qohumu Şükür Şıxəliyev bildirib.
O qeyd edib ki, 1962-ci il təvəllüdlü Əsgər Cavadov ağciyər xərçəngindən əziyyət çəkirmiş:
“Sentyabrın 12-də Xorvatiyaya sərgiyə getmişdi. Sentyabrın 20-si oradan Azərbaycana qayıtdı. İki ay idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi”.