Rusiya Silahlı Qüvvələrinin 18-ci ordusunun komandir müavini, polkovnik Maqomedali Maqomedjanov Sevastopoldakı hospitalda ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Sergey Məlikov məlumat verib.
Onun sözlərinə görə, Maqomedjanov bir neçə gün öncə Ukraynada döyüşlər zamanı ağır yaralanmışdı.
Polkovnik əslən Dağıstanın Zlyut kəndindəndir.