Ukraynada yaralanan azərbaycanlı sürücülərdən birinin səhhətində irəliləyiş var

Ukraynada yaralanan sürücümüz Samir Tahirovun səhhətində
irəliləyiş müşahidə edilir.

AzerTimes-ın
məlumatına görə, S.Tahirov 28 fevral tarixində Ukraynanın Xarkov
şəhərində baş verən toqquşmalar zamanı ağır güllə yarası alıb.
Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib.

O iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi
qiymətləndirilib.

18 mart 2022-ci il tarixində humanitar koridordan yararlanaraq
S.Tahirov xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova
Respublikasına təxliyyə edilib. Kişinyov şəhərindəki
xəstəxanalardan birinə yerləşdilən Samir əlavə iki cərrahi
əməliyyat keçirib.

Həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb
müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə
alınaraq, Samir Tahirov 01.04.2022-ci il tarixində təcili tibbi
yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə nəql
edilib. Yaralı sürücümüz Gülhanə Hərbi Tibb Akademiyasına
yerləşdirilib və hazırda orada müalicəsini davam etdirir.

Qeyd edək ki, sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və
müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan Azərbaycan
Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyası (ABADA) tərəfindən
qarşılanıb.

Teqlər: