Ukraynanın Odessa şəhərində rus yazıçısı Lev Tolstoyun abidəsi sökülür.
AzerTimes xəbər verir ki, bu barədə Odessa Şəhər Şurasının Mədəniyyət, Beynəlxalq Əməkdaşlıq və Avropaya inteqrasiya departamentinin rəhbəri İvan Liptuqa deyib.
O bildirib ki, Lev Tolstoyun tarixi mərkəzdə – eyniadlı meydanda ucaldılan abidəsi xüsusi təchiz olunmuş açıq səma altında muzey sahəsinə köçürüləcək.