Ukrayna münaqişəsində təşəbbüs Rusiyadadır və Qərb üçün Kiyevi maliyyələşdirmək getdikcə çətinləşir.
AzerTimes xəbər verir ki, bunu “Politiko” nəşrinə müsahibəsində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Qərb düşünürdü ki, Rusiya iqtisadiyyatının kifayət qədər zəif olmasına görə Ukraynanın müdafiəsinə investisiya yatırmaq və maliyyələşdirmək asan olacaq. İndi bunu etmək onun üçün çox çətinləşib”, – Vuçiç bildirib.