Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski cəbhə xəttində olan hərbçilərə verilən ödənişlərin ikiqat artırılmasını təklif edib.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın qulluqçusu” fraksiyasından olan deputatı Ruslan Qorbenko deyib.
“Onlar 100 min qrivna yox, 200 min (5,2 min dollar – red.) döyüş müavinəti almaq istəyirlər. Bunu etmək olarmı? Bəli. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sirski prezidentə təklif etdi ki hərbçiləri həvəsləndirmək üçün bu ödənişlər ikiqat artırılsın”,- o bildirib.
Parlamentari qeyd edib ki, bu cür indeksasiya üçün vəsaiti döyüşmək istəməyənləri Ukrayna Silahlı Qüvvələrinin sıralarından xaric etməklə tapmaq olar:
“Belə insanları orduda saxlamağın mənası yoxdur. Daha yaxşı olar ki, döyüşmək istəyənlərin ödənişləri, ordudan azad olunanların pulları hesabına artırılsın”.