Ukraynada təhlükəli tendensiya – Danilov açıqladı

Ukraynada təhlükəli tendensiya – Danilov açıqladı

Ukraynada Rusiya ilə müharibənin hazırkı mərhələsində sülh danışıqları aparılmasının tərəfdarları çoxalır, bu, olduqca təhlükəli tendensiyadır.

AzerTimes xəbər verir ki, bu sözləri Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

Onun sözlərinə görə, dünənki kütləvi raket hücumunun məqsədlərindən biri Ukraynanı sülh danışıqlarına başlamağa inandırmaq cəhdi olub:

“Lvovdan bir şəxsi dinlədim. O, sülh danışıqları tərəfdarı olduğunu, razılaşmaq gərəkdiyini söyləyirdi. Belə insanlar daha da çoxalır. Hətta Qərbi Ukraynadan olan insanlar da bu barədə danışırsa, deməli, bu, çox təhlükəli tendensiyadır”.

Teqlər: