Almaniyanın “Rheinmetall” konserni Ukraynada tanklar, hava hücumundan müdafiə sistemləri və sursat istehsal etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə konsernin rəhbəri Armin Papperger məlumat verib.
Onun sözlərinə görə, Ukrayna şirkətləri ilə özüyeriyən sistemlər, hava hücumundan müdafiə və sursat istehsalı üzrə birgə müəssisələrin yaradılması planlaşdırılır:
“Bu yolla biz Ukraynaya orta və uzunmüddətli perspektivdə özünü müdafiə etmək imkanı verəcəyik. Ukrayna hakimiyyəti yeni zavodlara sərmayə qoymalıdır”.