Ukrayna Xarici İşlər Nazirliyi Viktoriya Şi adlı süni intellekti təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna XİN-dən məlumat verilib.
Məlumata görə, Viktoriya vətəndaşlar və media üçün rəsmi konsulluq məlumatlarını şərh edəcək.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib ki, süni intellektin yaradılması müharibə dövrünün tələbidir:
“Ölkəyə lazım olan nəticələri əldə etmək üçün bütün prosesləri sürətləndirmək və bir addım öndə olmaq lazımdır”.
Saxtakarlıqdan qorunmaq üçün Viktoriya Şinin videolarında QR kodu olacaq.