Ukraynada sülhməramlılar yerləşdirilir?

Ukraynada sülhməramlılar yerləşdirilir?

Ukrayna öz ərazisində sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini nəzərdən keçirmir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak jurnalistlərə açıqlamasında deyib.

“Bu gün bu məsələ müzakirə olunmur. Bizim hazırki mövqeyimiz olduqca aydındır. Birincisi, öz ərazilərimizi işğaldan azad etmək, ikinci isə Zaporojye kimi nüvə obyektlərində nəzarəti bərpa etmək. Başqa variant yoxdur. Bu ərazi Ukraynanın tam nəzarətində olmalıdır”, – deyə o bildirib.

Teqlər: