Ukraynada sülh yalnız bu şərtlə olmalıdır – Zelenski

Ukraynada sülh yalnız bu şərtlə olmalıdır – Zelenski

Ukraynada ədalətli sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır: suverenlik və Ukrayna ərazilərinin heç bir “alqı-satqısı” olmadan.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Planda göstərilən hər şey bizim tərəfdaşlarımız üçün realdır. Məhz bu, bizim məqsədimizdir – Ukrayna üçün etibarlı sülh və uzunmüddətli təhlükəsizliyi təmin etmək”, – Zelenski vurğulayıb.

Zelenski qeyd edib ki, Ukraynaya əsl sülh və müharibədən zəmanətli müdafiə lazımdır.

Teqlər: