Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması perspektivləri Kiyevə silahların verilməsi dayandırıldıqda daha yaxın olacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Sülhə ümid etdiklərini söyləyən Nebenzya Qərbin silahların göndərilməsini dayandıracağı və Rusiyanın narahatlıqlarını dinləyəcəyi halda sülh perspektivinin daha da yaxınlaşacağını vurğulayıb:
“Təəssüf ki, qarşı tərəfdən konstruktiv addım görmürəm”.