Beynəlxalq Kriminal Polis Təşkilatı Ukraynaya silahların göndərilməsindən narahatdır.
AzerTimes xəbər verir ki, bu sözləri İnterpolun baş katibi Yurgen Skot deyib.
“Rusiya və Ukrayna arasındakı münaqişəyə gəlincə, biz silahların tədarük edilməsindən çox narahatıq. Silahlar susduqdan sonra bu, dünyanın digər meydanlarında ortaya çıxa bilər”, – Skot bildirib.