Ukraynada seçkilər keçiriləcəkmi? – Zelenski

Ukraynada seçkilər keçiriləcəkmi? – Zelenski

Rusiya ilə genişmiqyaslı müharibə zamanı seçkilərlə bağlı Ukrayna cəmiyyətinə sızan bütün məlumatlar məsuliyyətsizlikdir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti videomüraciətində deyib.

“Biz hamımız başa düşürük ki, indi, müharibə şəraitində, çoxlu çətinliklərin olduğu bir vaxtda, seçki mövzusunu cəmiyyətə atmaq tamamilə məsuliyyətsizlikdir”, – Zelenski qeyd edib.

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq Ukraynada Prezident seçkiləri 2024-cü il martın sonunda keçirilməlidir.

Teqlər: