Son iki ildə baş verən hadisələr iqtisadi determinizm ideologiyasını məhv edir.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov qeyd edib.
Markov Rusiyaya qarşı sanksiyaların Avropa ölkələrinə də zərbə vurduğunu bildirib:
“Ukraynada müharibəyə son qoymaq Almaniya və bütün Avropa üçün iqtisadi baxımdan çox faydalıdır. Almaniya və Avropa isə sülhə qarşı və müharibə üçün fəal mübarizəni davam etdirir. Almaniya və bütün Avropa üçün Rusiyaya qarşı sanksiya müharibəsi iqtisadi cəhətdən sərfəli deyil. Onlar Rusiyaya və öz iqtisadiyyatlarına qarşı dünya tarixində görünməmiş sanksiyalarda iştirak edirlər.
Siyasət iqtisadiyyatı tamamilə idarə edir. Ona görə də iqtisadi determinizm nəzəriyyəsi analitika masasından uzaqlaşdırılmalıdır. Bütün proseslərə həlledici təsir edən iqtisadiyyat deyil, siyasətdir”, – o vurğulayıb.