Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan bəri Rusiya ordusunun itkiləri təxminən 220 min ölü və yaralı təşkil edir.
AzerTimes xəbər verir ki, bu barədə “European Pravda” Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippiyə istinadən məlumat yayıb.
“Bizim hesablamalarımıza görə, münaqişə başlayandan bəri təxminən 220 min Rusiya hərbçisi ölüb və ya yaralanıb”, – Hippi deyib.