Ukraynada müharibə payızda səngiyəcək. Ancaq gələn il hərbi əməliyyatların yenidən intensivləşəcəyini düşünürəm.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petr Çernik deyib.
“Bir ay yarımdan sonra leysan yağışlar yağacaq. Buna görə quruda hərəkət demək olar ki, mümkün olmayacaq. Rusiya da bizim kimi anlayır ki, hava şəraiti əhəmiyyətli dərəcədə dəyişəndən sonra bir növ müəyyən sərhəd xətti yaranacaq. Bu isə onların plasdarm təzyiqini izah edir. Ancaq ruslar düşünürəm ki, hava şəraiti demarkasiya xətti və böyük artilleriya duellərinə qədər plasdarmı ələ keçirə bilməyəcək”, – o bildirib.