Ukraynada müasir texnika ilə təchiz olunacaq yeni hərbi hissələr yaradılır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrin komandanı Sergey Nayev deyib.
“Bizə çoxlu sayda Qərb tankları lazımdır. Onlar sovet modellərindən qat-qat üstündürlər və irəli getməyimizə kömək edə bilərlər. Yeni hərbi hissələr yaradılır və bundan sonrakı fəaliyyətimiz onların döyüş hazırlığından asılı olacaq. Ona görə də Qərbin köməyi son dərəcə vacibdir”, – Nayev bildirib.