Ukraynada qalanların sayı 19 milyondur – Medvedçuk

Ukraynada qalanların sayı 19 milyondur – Medvedçuk

Çətin həyat şəraiti və qanun pozuntularına görə xaricə üz tutan Ukrayna vətəndaşlarının sayı arta bilər.

AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.

Onun sözlərinə görə, 2023-cü ilin əvvəlində Kiyevin nəzarətindəki ərazilərdə əhalinin sayı 19,4 milyon nəfər olub:

“Gedənlərin sayı isə 18.1 milyondur. Məlumatlara görə, təkcə son 6 ayda 188 min insan ölkədən gedib. Qaçqın axını isə dayanmır. Bu templə payıza qədər ölkədən gedən və ölkə qalan ukraynalıların sayı bərabərləşəcək. Fərq hələ ki, 1 milyondur. Ardınca isə gedənlərin sayı qalanları keçməyə başlayacaq”.

Teqlər: