Ukraynada qadınlar tezliklə könüllü orduya yazılacaq

Ukraynada qadınlar tezliklə könüllü orduya yazılacaq

Ukraynada yaxın vaxtlarda qadınların könüllü hərbi qeydiyyata alınması rəsmən elan ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

“Birincisi, oktyabrın 1-dən etibarən qadınların sərhədi keçməsinə heç bir məhdudiyyət qoyulmayacaq, bu barədə dəfələrlə demişəm. İkincisi, qadınların hərbi qeydiyyata alınıb-alınmaması könüllü məsələdir”, – Malyar vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi qadınların hərbi qeydiyyata alınmasının könüllü olmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Teqlər: