Bu gün Ukraynanın Dnestryanı bölgəsindəki hərbi hissəyə pilotsuz uçuş aparatı tərəfindən hücum edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
“Saat 14:35 radələrində Rıbnitsa vilayətində Müdafiə Nazirliyinin “PMR” hərbi hissəsinin ərazisinə kamikadze pilotsuz uçuş aparatı hücum edib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, hücum zamanı xəsarət alan olmasa da, radar stansiyasına ziyan dəyib. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.