Ukraynada seçkilər yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra keçirilə bilər.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının rəhbəri Yelena Şulyak deyib.
“Döyüşlər gedəndə hansı seçkilər ola bilər? Hazırda deputatlar qanunvericiliyə “müharibədən sonrakı seçkilər”in keçirilməsinə təsir edəcək dəyişikliklər hazırlayırlar”, – o bildirib.
Lakin Şulyak yeniliklərin nədən ibarət olacağını açıqlamayıb.