Ukraynada “PayPal” beynəlxalq elektron ödəniş sistemi fəaliyyətə
başlayıb. Bundan sonra sistem ukraynalılara transsərhəd rejimdə
xidmət göstərəcək.
Trend “UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın
rəqəmsal transformasiya naziri Mixail Fedorov bildirib.
Onun sözlərinə görə, indi ukraynalılar internetdə alış-veriş
edə, pul köçürə və Ukrayna bank kartlarına pul çıxara
biləcəklər.
Nazir “PayPal” komandasına göstərilmiş operativ dəstəyə görə
minnətdarlığını bildirib.