Ukraynada ölən 3502 rus əsgərinin adı açıqlandı – Foto

Ukraynada ölən 3502 rus əsgərinin adı açıqlandı – Foto

Ukraynada ölən 3502 rus əsgərinin adı müəyyən edilib. Bu, itkilərin natamam siyahısıdır, lakin toplanmış məlumatlar müharibə zamanı Rusiya ordusu ilə baş verənləri təhlil etməyə imkan verir.

AzerTimes xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Yerli hakimiyyət orqanları ölənlərin hamısının adını açıqlamır. Biz daim Rusiyanın müxtəlif şəhərlərindəki qəbiristanlıqlarda rus ordusunun dəfn mərasimləri ilə bağlı yeni sübutlar aşkar edirik”, – məlumatda deyilir.

Qeyd olunur ki, ölənlərin 20%-i Hava-Dəniz Qüvvələrində, 19%-i isə motoatıcı qoşunlarda xidmət edib:

“Təsdiqlənmiş bütün itkilərin 17%-i zabitdir. Hər qəbiristanlıqda Rusiya səlahiyyətliləri tərəfindən gizlədilən ölü sayı 30%-dən 100%-ə qədər dəyişir. Bu rəqəmə itkin düşən Rusiya hərbçiləri daxil deyil, çünki onların sayını, eləcə də 2022-ci il fevralın 24-dən əvvəl işğal olunmuş Donbasdakı separatçı hərbi qruplaşmalara qoşulmuş ölənləri müəyyən etmək mümkün deyil. İyunun 9-na olan məlumata görə, bölgədən ölən hərbçilərin maksimum sayı Dağıstanın hakimiyyət orqanları və mediası tərəfindən açıqlanıb – 199. Beləliklə, çox güman ki, təsdiqlənmiş itkilər siyahısında olanların sayı real rəqəmdən ən azı 40%-70% azdır. Ölən könüllülərin 46%-i 40 yaşdan yuxarı insanlardır. 50 yaşdan yuxarı döyüşənlərin sayı isə 20 nəfər olub. Təsdiq edə bildiyimiz itkilər siyahısına Rusiya Qvardiyasının 124 əməkdaşı, o cümlədən “Vityaz”, “Roşiç” və “Tayfun” elit bölmələrinin döyüşçüləri daxildir. Ölənlər arasında QRU xüsusi təyinatlılarının azı 73 əsgəri və FTX-nin “Alfa” xüsusi təyinatlılarının polkovnik-leytenantı da var”.

Teqlər: