Ukrayna ərazisindəki Rusiya qoşunlarının sayı 2022-ci ildən bəri xeyli artıb. Müvəqqəti olaraq işğal olunmuş ərazilərdə 513 min rus hərbçisi var.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı, Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.
Onun sözlərinə görə, bu rəqəm il ərzində arta bilər:
“Ruslar daha 100 min hərbçini səfərbər etmək istəyir və iyun, iyul aylarında Ukraynadakı qüvvələrini gücləndirmək üçün onlardan istifadə edəcəklər”.