Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam
etdirilir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AzerTimes-a bildirilib ki,
ilkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat
vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat
vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün
sənədləşməni gözləyirlər.
Təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə
həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil
Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların
nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin
eyni istiqamətə yola düşməsi gözlənilir.
Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də
təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə
saxlanılır.