ABŞ məxfi casusları və komandoları və onların müttəfiqləri Ukraynaya yardım edir, o cümlədən kəşfiyyat məlumatları verirlər.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
Məqalədə vurğulanıb ki, Ukrayna qoşunları ABŞ və onun müttəfiqlərindən, o cümlədən silah, kəşfiyyat və təlim verən komandolar və casusların gizli şəbəkəsinin köməyindən asılıdır.
Bildirilib ki, bu işlərin böyük hissəsi Ukraynadan kənarda aparılır – məsələn, Almaniya, Fransa və Britaniya bazalarında.
Bununla bərabər, Ukraynada NATO ölkələrindən – Britaniya, Fransa, Kanada, Litvadan onlarla kommando fəaliyyətdədir.