Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ın NBC telekanalına müsahibəsində deyib.
O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskiyə danışıqlar aparmaq qadağan edilib:
“Kim edib? Tapın görün kim edib? O, müstəqil biri deyil. Bu gün feyk məlumatlar yayılır. Bir-birini günahlandıran. Bu, o yol deyil. Hər gün minlərlə insan, o cümlədən mülki, heç bir günahı olmayan insanlar həlak olur. Bu reallıqdır. Ona görə də gəlin münaqişəni dayandıraq”.