Ukraynada müharibənin sonu görünmür.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Onun sözlərinə görə, Avropa Ukrayna ordusuna dəstəyi davam etdirməlidir:
“Avropa Şurasının yaxın bir neçə il ərzində Ukraynaya büdcə dəstəyi üçün vəsaiti təsdiqləməsi yaxşı əlamətdir”.
Şolts həmçinin xatırladıb ki, 2024-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 7 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.
O əlavə edib ki, Kiyevə yardım nə qədər lazımdırsa, davam edəcək.