Əgər Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmasa və dövlətdəki formalaşma da daxil olmaqla, dəyişiklik etməsə, o zaman Kiyevlə qarşıdurmaya on il vaxtı qalmayacaq.
AzerTimes xəbər verir ki, bunu rusiyalı siyasi strateq və yazıçı Mixail Şeytelman deyib.
“Bizim nəinki 10 ildən, hətta üç-beş ildən sonra döyüşəcək heç kimimiz olmayacaq, çünki Rusiya olmayacaq. Avropa sanksiyalar tətbiq edib. Biz onları görürük və bunun Rusiya üçün nə demək olduğunu başa düşürük”, – M.Şeytelman qeyd edib.