Rusiyanın Ukraynada başlatdığı müharibə bitəcək. Bu proses təbiidir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
Budanov qeyd edib ki, hazırda Ukraynada dövlətin və bütövlükdə bəşəriyyətin tarixi üçün nəticələr verəcək qlobal məsələlər həll olunur.
“Müharibə mütləq başa çatacaq, bu təbii prosesdir və bundan sonra bizim qarşımızda az vacib və mürəkkəb olmayan vəzifələr qalacaq”, – deyə Budanov bildirib.
Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, istənilən irəliləyiş müqavimətlə qarşılaşır və bu, normaldır.