Ukraynada müharibə başa çatır: sülh kimin xeyrinə olacaq?

Ukraynada müharibə başa çatır: sülh kimin xeyrinə olacaq?

Ukraynalılar Rusiyaya qarşı qəhrəmancasına müqavimət göstərirlər, lakin müharibə artıq yekunlaşmaq üzrədir.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Macarıstan müdafiə naziri Kristof Şalay-Bobrovnik çıxış edib.

O bildirib ki, sülh Rusiyanın xeyrinə olacaq:

“Mən bir əsgər kimi ukraynalıların qəhrəmanlıq və cəsarətli mübarizəsinə böyük hörmətlə yanaşıram, lakin sülh danışıqlarındakı səylər göstərir ki, müharibə sona yaxınlaşır”.

Nazir həmçinin qeyd edib ki, Rusiya hərbi sənaye qura bilib və bununla da özünü lazımi səviyyədə sursat, canlı qüvvə və tanklarla təmin edib.

Teqlər: