Ukraynada müharibə başlayandan bəri mina partlayışı nəticəsində 124 nəfər həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Ekoloji təhlükəsizlik və ərazilərin minalardan təmizlənməsi idarəsinin rəisi Ruslan Berequlya bildirib.
O, 286 nəfərin isə yaralandığını vurğulayıb.
Berequlyanın sözlərinə görə, qarşı tərəfin minalarından ən çox Xarkov, Nikolayev və Xerson vilayətləri zərər çəkib.