Ukraynada dövlət qulluqçularının, deputatların məzuniyyətə və dövlət işləri ilə əlaqədar olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, bununla bağlı Milli Müdafiə Şurasının prinsipial qərarının olduğunu bildirib:
“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Rəsmilər bundan sonra məzuniyyət və ya başqa qeyri-dövlət məqsədləri üçün xaricə səyahət edə bilməyəcəklər”, – dövlət başçısı vurğulayıb.