Ukraynada Leninin 1320-ci heykəli söküldü

Ukraynada Leninin 1320-ci heykəli söküldü

Ukraynada dekommunizm prosesi çərçivəsində təqribən 2389 abidə aradan qaldırılıb.

Bu barədə Ukrayna Milli Yaddaş İnstitunun direktoru Vladimir Vyatroviç danışıb.

“Arasında 1320-si Leninə aid olan, 2389 abidə sökülüb. Lenin artıq Ukraynanın nəzarət etdiyi ərazilərdə, şəhərlərdə yoxdur. Bu tip heykəllər bəlkə də yalnız kəndlərdə və müəssisələrin ərazisində qalmış ola bilər. Məsələ bundadır ki, həmin abidələr qeydiyyatdan heç vaxt keçməyib və onları ancaq yerlərini müəyyən etdikdən sonra sökmək olar”, – Vyatroviç bildirib.Ukraynada Leninin 1320 heykəli sökülüb