Xəbər - Orxan Nəbiyev – Trend:
Ukraynada kriptovalyutaların hesablaşma əməliyyatlarında istifadəsinə icazə verilib.
Trend-in məlumatına görə, Ukrayna Ali Radası “Virtual aktivlər haqqında” qanunu qəbul edib. Qanunun lehinə 276 deputat səs verib.
Qeyd olunur ki, qanuna əsasən, Ukraynada kriptovalyutalar ödəniş vasitəsi kimi deyil, hesablaşma vasitəsi kimi istifadə olunacaq.
Bundan başqa, şirkətlər kriptovalyutaların digər valyutalara ani konvertasiyası üçün xidmətlər göstərə biləcək.