Rusiyanın Kiyevə hücumu zamanı İran istehsalı olan daha 12 PUA vurulub.
AzerTimes xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat yayıb.
“Ukraynanın Hava Hücumundan Müdafiə qüvvələri 12 “Şahid” pilotsuz uçuş aparatı müəyyən edərək məhv edib”, – o qeyd edib.
O bildirib ki, pilotsuz uçuş aparatlarından birinin qalıqları paytaxtın qərbində yerləşən ofis binasının üzərinə düşdüyü üçün dağıntı və yanğına səbəb olub.