Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb.
AzerTimes xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski müvafiq fərman imzalayıb.
Fərmana əsasən, ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik 90 gün müddətinə – noyabrın 15-dək uzadılıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.