Ukraynada hərbi təyyarə qəzaya uğradı

Ukraynada hərbi təyyarə qəzaya uğradı

Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.

Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır.

Ukrayna DİN qəza ilə bağlı məlumat yayıb. Bildirilir ki, göyərtədə 28 nəfər olub. onlardan 7-si heyət üzvü, 21-i kursantdır.

Xarkov vilayətinin regional dövlət administrasiyasının rəhbəri Aleksey Kuçer qəza zamanı 22 nəfərin öldüyünü, 2 nəfərin yaralandığını, 4 nəfərin isə taleyinin naməlum olduğunu bildirib.

Xarkovda təyyarənin qəzaya uğraması zamanı həlak olanların sayı 25 nəfərə çatıb. Bu barədə Ukrayna Baş Prokurorun Ofisi bildirib.

Təyyarənin qəzaya uğraması faktı ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin “Uçuş qaydalarının pozulması” maddəsi ilə cinayət işi başladılıb.