Ukrayna Prezidenti Vladimir Zelenski hərbi komissarlıqlarda kütləvi yoxlamalar aparılacağının anonsunu verib.
AzerTimes xəbər verir ki, buna səbəb Odessa vilayətinin sabiq hərbi komissarı Yevgeni Borisovdur. Belə ki, İspaniyada sabiq komissarın ailəsinə məxsus 4,5 milyon dollar dəyərində villa və digər mülklər aşkara çıxıb.
Hazırda Yevgeni Borisov Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur.
Maraqlıdır ki, qanunsuz varlanma və qəsdən xidmətdən yayındırma faktları ilə ittiham olunan Borisov müəmmalı şəkildə Ukraynanı tərk edə bilib.
“Rıbar”ın yazdığına görə, 3 ay müddətində hərbi xidmətdən saxlatdırmaq üçün Ukraynada komissarlıqlarda 12 min dollar civarında rüşvət alınır. Bu müddət ərzində ölkəni tərk etməyən gənc sənədini təkrar “təzələməlidir”.