Ukraynada hərbi əməliyyatı bu tarixdə bitirməliyik – Şoyqu

Ukraynada hərbi əməliyyatı bu tarixdə bitirməliyik – Şoyqu

Xüsusi hərbi əməliyyatın məqsədlərinə 2025-ci ilə qədər tam nail olmaq lazımdır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu Hərbi Departamentin Kollegiyasının iclası zamanı bildirib.

Nazir qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmağa davam edir və Ukrayna Silahlı Qüvvələrini hərbi əməliyyatlar aparmağa məcbur edir, Kiyev isə təlimsiz əsgərləri mənasız hücumlara göndərir:

“Kiyev və onun himayədarlarının hərəkətləri əslində Ukraynanı özünüməhvə sürükləyir. Rusiya şəxsi heyətin hazırlığını təkmilləşdirmək və ordunu ən müasir silah növləri ilə təchiz etməklə Silahlı Qüvvələrinin gücünü artırır”.

Teqlər: