Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 339 uşaq ölüb, 611 uşaq isə yaralanıb.
AzerTimes xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Məlumata görə, 4 ay ərzində 950 uşaq müharibə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2061 təhsil müəssisəsinə ziyan dəyib, 2133-ü isə tamamilə dağılıb.