Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 287 uşaq həlak olub, 492 uşaq isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Müharibə zamanı 779-dan çox uşaq zərər çəkib. Bu rəqəmlərin yekun olmadığı vurğulanır.
Zərər çəkən uşaqlara ən çox Donetsk vilayətində – 217 nəfər, Xarkovda – 132 nəfər, Kiyevdə – 116 nəfər rast gəlinib.