Ukraynada həbs edilərək Azərbaycana ekstradisiya edilən şəxsin məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Ukraynada tutlaraq Azərbaycana gətirilən şəxsin məhkəməsi
başlayır.

AzerTimes-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini Cabarov
Seymur İbrahim oğlunun barəsində başlanmış cinayət işi Gəncə şəhər
Nizamir rayon Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə məhkəmə prosesinə hakim Gündüz Şirinov sədrlik
edəcək. İş üzrə məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin
ediləcək.

Cinayət işi üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

S. Cabarov Cinayət Məcəlləsinin 178.2.2-ci(təkrar dələduzluq)
maddəsində ittiham olunur.


Xatırladaq ki, Gəncə şəhər prokurorluğunun icraatında olan
cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş
Cabbarov Seymur İbrahim oğlunun – öz qulluq mövqeyindən istifadə
edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar
edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr
müəyyən edilib.

Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə
Azərbaycan Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi
sorğu təmin edilməklə Seymur Cabbarov tutularaq 02.11.2021-ci ildə
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun
müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Teqlər: