Futbol üzrə Ukrayna çempionatının I tur oyunu yarımçıq dayandırılıb.
AzerTimes xəbər verir ki, “Rux” və “Metalist” komandaları arasında keçirilən matç hava həyəcanına görə hakim tərəfindən dayandırılıb.
Futbolçular, məşqçilər korpusu və stadionun bütün işçiləri sığınacağa yerləşib. Həmin vaxt qarşılaşmada hesab bərabər olub – 1:1. Baş hakim görüşü birinci hissənin əlavə olunmuş dəqiqələrində dayandırıb.
Oyunun başqa günə təxirə salınacağı gözlənilir.