Ukraynada ərzaq ehtiyatı yaradılacaq

Ukraynada ərzaq ehtiyatı yaradılacaq, dövlət büdcəsi hesabına
bütün ölkə üzrə illik istehlak miqdarında taxıl və digər ehtiyatlar
alınacaq.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın baş
naziri Denis Şmıqal bildirib.

“Bu, ölkəni kifayət qədər ərzaqla təmin etməyə imkan verəcək.
Biz kritik idxalın siyahısını genişləndirməyə davam edirik”, – D.
Şmıqal qeyd edib.