Rusiya qoşunları şəxsi heyətin sayını artırır və əsas səylərini beş istiqamətdə hücum əməliyyatları keçirməyə yönəldir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 27-də Kupyanski, Liman, Baxmut, Avdeyevka və Şaxtyor istiqamətlərində rus qoşunları təzyiqi daha da artırıb. Lakin hücumların uğursuz olduğu bildirilib.
Bundan əlavə, Xarkov vilayətinin beş yaşayış məntəqəsinin artilleriyadan atəşə tutulduğu vurğulanıb.