Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərindən əl çəkmək niyyətində deyil.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Qərb Rusiyanı cilovlamaq strategiyasından və Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir. Biz də xüsusi hərbi əməliyyat üçün hədəflərimizdən əl çəkmək niyyətində deyilik”, – Putin bildirib.
Putinin sözlərinə görə, Rusiya ordusu təmas xəttində təşəbbüsü ələ alıb.