Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində əhalini Rusiya pasportu almağa məcbur edirlər.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Melitopol və onun ətrafının sakinləri üçün işğalçılar “torpaq payları” ilə bağlı ictimai tələblər irəli sürüblər. Torpaq payları üçün icarə müqaviləsi olan şəxsləri onları yeniləmələyə məcbur edirlər. Müqavilə müddəti başa çatmış şəxslər Rusiya pasportu əsasında və Rusiya qanunvericiliyinə uyğun olaraq yeni müqavilə bağlamalıdırlar. Müqavilənin müddəti başa çatdıqda və mülkiyyətçi gəlmədikdə, o, torpaq paylarına sahib olmaq hüququndan məhrum edilir. İşğalçılar bildiriblər ki, sentyabrın əvvəlindən nəqliyyat vasitələrindəki Ukrayna tipli dövlət nömrə nişanlarını müvəqqəti nömrələrə dəyişmək lazımdır. Amma bunun üçün Rusiya pasportu da olmalıdır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Xerson vilayətinin işğal olunmuş ərazisində qondarma “yerli hakimiyyət” kənd təsərrüfatı istehsalçılarını Rusiyanın qanunlarına uyğun olaraq fəaliyyətlərini qeydiyyata almağa və “vergi” ödəməyə çağırıb.
“İmtina edənlər torpaq sahəsinə sahiblik hüququndan məhrum ediləcək, aqrobiznes sahibləri isə rayondan çıxarılacaq”, – deyə onların hədələndiyi vurğulanıb.